16 İyun 2021 12:02
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir və bu məsələdə bizim müttəfiqimiz yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

O qeyd edib ki, Ermənistan bu məsələdə həlledici səsə malik deyil.

Petrosyan həmçinin Robert Köçəryanın Şuşa və Hadrutu qaytarmağın mümkünlüyü barədə fikirlərini şərh edib:

"Bu, yeni problemlərə gətirib çıxara bilər. Köçəryan yeni müharibə vəd edir. Bütün dünya Qarabağı Azərbaycanın hissəsi kimi qəbul edir. Dünyanın qəbul etdiyi qayda budur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər