Ermənistanda on illərdir diaspora inək kimi yanaşılır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Birləşmiş Vətən” partiyasının lideri Mqer Terteryan deyib.
O, ermənilərin diaspordan pulları “inəkdən süd sağan kimi sağdıqlarını” bildirib:
“Bu cür münasibət qəbuledilməzdir. Hər şeydən əvvəl Ermənistan sakinləri özlərini dəyişdirməli, ölkəni diaspor üçün maraqlı etməli, qayıtmaq və vətənində yaşamaq istəyən həmvətənlər üçün cəlbedici ölkə qurmalıdırlar”.
Terteryanın fikrincə, Ermənistan hazırda diaspor üçün cəlbedici deyil.