Ermənistanın eks-prezidenti Serj Sərkisyanın ofisi İkinci Qarabağ Müharibəsində itkin düşənlərin sayını göstərən sənəd yayımlayıb.
Teleqraf.com xəbər verir ki, hesabat baş nazirin müavini Mqer Qriqoryan və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana göndərilib.
Sənədə görə, itkin düşənlərin sayı Baş nazir Nikol Paşinyanın iddia etdiyi kimi 321 deyil, təxminən üç dəfə çoxdur.
Sənəddə itkin düşənlərin sayının 1064 olduğu bildirilib.
Bundan sonra Ermənistan İstintaq Komitəsi məlumat yayaraq, Sərkisyanın iddiasını təkzib edib. Komitənin yaydığı məlumatda itkin düşənlərin sayının 275 nəfər olduğu iddia olunub.