Ermənistan baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində beynəlxalq və yerli müşahidəçilərin qeydiyyatının birmənalı olaraq heç bir əngəl olmadan həyata keçirildiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Nikol Paşinyan iyunun 20-də baş tutan növbədənkənar seçkilərin demokratiya standartlarına uyğun olaraq keçirildiyini vurğulayıb.
“Hamı bilirdi ki, üçüncü respublika tarixində ən gözlənilməz seçkiləri keçiririk. Siyasi iradə və dəyərlərimizi qeyd etməyimiz çox vacibdir”, - deyə o bildirib.
Nikol Paşinyan daha sonra deyib:
“Seçkidə rüşvət halları və seçicilərin iradəsinə təsir göstərməyin digər təzahürlərinə dair cinayət işlərinin açılmasına baxmayaraq, Ermənistanda seçki nəticələrinin saxtalaşdırılması səhifəsinin geridönməz şəkildə bağlandığına inanmaq istəyirəm”.