Ötən gün axşam saatlarında Ermənistan ordusunun hərbi hissələrindən birinə məxsus “Niva” markalı “37aa07” dövlət nömrə nişanlı avtomobilin qarşısı naməlum şəxslər tərəfindən kəsilib.
Teleqraf.com xəbər verir ki, “Pajero” markalı avtomobillə hərbi avtomobilin qarşısını kəsən naməlum iki şəxs qısa mübahisədən sonra müqavimət göstərməyə çalışan “Niva”nın sürücüsü Armen Yegyanı döyüblər. Həmin şəxslər avtomobili A.Yegyandan zorla aldıqdan sonra hadisə yerindən uzaqlaşıblar.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü A.Yegyan mülki şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.
Belə bir cinayətin törədilməsinə səbəb avtomobili sürücünün əlindən zorla alan şəxslərə hərbi hissə komandirinin külli miqdarda pul borclu olmasıdır. Fakt ictimailəşdirilməsə də, hüquq-mühafizə orqanları və hərbi polis tərəfindən araşdırma aparılır.