17 İyul 2021 18:00
3 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ müharibəsindəki məğlubiyyətin əsas amili, əlbəttə ki, Nikol Paşinyandır. Amma təkcə o deyil, bu, həm də digər siyasi qüvvələrin məğlubiyyətidir. Paşinyan cəmi iki il yarım hakimiyyətdə idi”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Bu müddət ərzində nə sıfırdan yaratmaq, nə də yaradılanı məhv etmək mümkün deyil, bu səbəbdən Paşinyana qarşı ittihamlar fürsətçi, siyasi motivlidir. Yəni, bu, həm də digər daxili qüvvələrin məğlubiyyəti deməkdir. Paşinyan mənim qəhrəmanım deyil, onu korrupsioner müxalifətçi olduğu üçün “məxməri inqilab”a rəhbərlik etdiyi andan tənqid etmişdim. Amma dövlətin mexanizminin necə işlədiyini anlamaqla müharibəni uduzduğuna görə yalnız Paşinyanı günahlandırmaq səhvdir. Bunun üçün ilk növbədə generallar cavabdehdir”, - ekspert bildirib.

Korotçenko erməni hərbi qüvvələrinin komandirlərinin döyüş meydanını qoyaraq qaçdıqlarını söyləyib:

“Hərbi hissə komandirləri döyüş meydanından qaçırlarsa, 10 000 fərari varsa, bu, hərbi qurumun (Ermənistan Müdafiə Nazirliyinin) problemidir. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsi dövründə Robert Köçəryan və ya Serj Sərkisyan hakimiyyətdə olsaydı da, nəticə tamamilə eyni olardı - Ermənistanın təslim olacaqdı. Erməni cəmiyyəti bu problemi həll etməli, harada səhv edildiyini və necə olduğunu görməlidir.

Ermənistan səngər müharibəsi aparacaqdı, bir neçə güclü müdafiə xətti çəkildi, dağlarda yerləşən bu mövqelər əlçatmaz görünürdü, amma erməni generalları İkinci Dünya müharibəsi dövründə fransız silahlı qüvvələrinin komandanlığının illüziyaları ilə əsir düşdülər. Ermənilər cəbhə xəttinə raketlərlə “xəncər hücumu”na hazırlaşırdı, lakin Azərbaycan xüsusi təyinatlı qüvvələri, pilotsuz təyyarələri və digər müasir silahları və ya yeni mübarizə forması ilə onların yerlərini ifşa etdi. Yəni, məğlubiyyətin səbəbləri özünüzdə, dövlət və hərbi idarəetmə sistemində, ideologiyada, dövlət quruculuğunda, səfərbərlik hazırlığında, iqtisadi iflasda və sairdədir. Bunun üçün yalnız bu dövləti idarə edənlər günahkardır”.

İqor Korotçenko qeyd edib ki, müharibədən sonrakı - bugünkü Ermənistan artıq Cənubi Qafqazdakı hadisələrin gedişatını təyin edən məsələ olmayacaq.

Rusiyanın mövqeyinə gəldikdə, ekspert qeyd edib ki, Moskva imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsinin tərəfdarıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər