9 Sentyabr 2021 12:07
4 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Gürcüstan xarici işlər nazirləri 44 günlük müharibədən sonra bölgədə kommunikasiyaların açılması məsələsini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, Baş nazir Nikol Paşinyanın nümayəndə heyətinin tərkibində Tiflisdə olan Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan gürcü həmkarı David Zalkaliyani ilə görüşüb.

İkitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə nazirlər regional kommunikasiyaların açılmasının vacibliyini bildiriblər.

Mirzoyan regional kommunikasiyaların blokadadan çıxarılmasının bölgə ölkələri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacağını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər