17 Sentyabr 2021 20:51
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskvaya dəvət olunan Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryana ölkədən çıxmaq qadağan olunub.

Teleqraf.com xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

Birinci instansiya məhkəməsi R.Koçaryanın ölkədən getməsinə razılıq verməyib.

Məhkəmənin qərarında deyilir ki, hazırda R.Koçaryanın rüşvət iddiası ilə mühakiməsi davam etdiyindən, eks-prezident ölkədən çıxa bilməz.

R.Koçaryanın rəhbərlik etdiyi "Ermənistan bloku"nun bəyanatında deyilir ki, məhkəmə qərarı siyasi sifarişlə çıxarıb.

Qeyd edək ki, Rusiyanın hakim partiyası Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər