“Bu gün deyirlər ki, Sünik (Zəngəzur) hissə-hissə veriləcək. Gəlin baxaq görək Sünikə təslim olmaq düsturu nədir. 2018-ci ilin vəziyyətinə görə, bu regionda məktəbəqədər uşaqların yalnız 4 faizinin uşaq bağçası və məktəblərə çıxışı olub”.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənitan Baş naziri Nikol Paşinyan deyib.
“2018-ci ildə 100 uşaqdan yalnız 4-ü Sünik regionunda uşaq bağçasına getmək imkanı əldə edib. Buna Sünikdən keçmək deyilir. Bu gün hökumətdə danışdıq ki, dövlət Sünikin yalnız bir icmasında bütün uşaqları təhsil prosesinə cəlb etmək üçün 9 milyard dram ayırır. İrəvan və Gümrü istisna olmaqla, Ermənistan tarixində hökumətin bir rayona bu qədər maliyyə ayırması halı olmayıb”, - Paşinyan bildirib.