Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Rusiya ticarət-iqtisadi əməkdaşlığı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya məsələlərini müzakirə ediblər.
Koronavirus infeksiyası ilə mübarizədə birgə addımlar nəzərdən keçirilib.