28 Yanvar 2022 15:44
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezidentin istefası hələ qəbul edilmədiyindən onun varisi ilə bağlı məsələnin müzakirəsi ciddi deyil”.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan deyib.

Qeyd edək ki, Marukyanın adı mətbuatda prezidentliyə namizəd kimi hallanır.

Bu baxımdan partiya lideri onu ən yüksək dövlət vəzifələrində görən bütün şəxslərə və təşkilatlara minnətdarlığını bildirib.

“Namizədliyimin irəli sürüldüyü neçə vakant yerin formalaşdığını heç xatırlamıram. Əlbəttə ki, təşəkkür edirəm”, - deyən Marukyan bu mövzuda müzakirənin olmadığını da əlavə edib.

Marukyan söyləyib ki, heç kim belə bir təklif verməyib: “Mən indi daxili siyasətdən daha çox xarici siyasət məsələləri ilə məşğulam”.

Ermənistan-Türkiyə münasibətlərindən danışkən isə qeyd edib ki, Türkiyə ilə münasibətləri normallaşdırmaqdan imtinada təhlükə görür: “2008-ci ildə mən də heç bir ilkin şərt olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarı olmuşam. Hazırkı danışıqlar prosesindən məmnunam. İndi bizim daha bir şansımız var və bundan istifadə etməliyik ki, münasibətləri normallaşdıraq. Münasibətlərin normallaşdırılmasından imtina gələcəkdə yeni müharibə və münaqişələrə və yeni qurbanlara səbəb olacaq”.


Müəllif: Nemət