Ermənistanın “Arzni” kurort kompleksində kişi meyiti aşkarlanıb. Kompleks keçmiş polis rəisinin müavini, general-leytenant Ararat Maxtesyana məxsusdur.
Teleqraf.com erməni mətbuatı istinadla xəbər verir ki, polis və müstəntiqlər mərhumun İrəvan sakini, 67 yaşlı Qaqik Arutyunyan olduğunu müəyyən ediblər.
General A.Maxtesyan polisə və müstəntiqlərə bildirib ki, həmin gün Arutyunyanın qohumlarından ibarət 4-5 nəfər sanatoriyaya gəlib və hamını nalayiq qışqırıqlarla narahat edib, işçiləri və istirahət edənləri təhqir ediblər. Daha sonra kompleklsin 3-cü mərtəbəsinin qapılarını və divarlarını yumruqla döyəcləyiblər, təhqiramiz ifadələr səsləndiriblər.
Polis və müstəntiqlər həmin şəxslərdən ikisini şəxsiyyətini müəyyənləşdiriblər.