Rusiya polisinin fərarilik etdiyi üçün axtarışa verdiyi şəxa Ermənistanın paytaxtı İrəvanda saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 23 yaşlı rusiyalı Yuri T. fərarilik ittihamı ilə saxlanılıb. O, Rusiya təhlükəsizlik qüvvələri tərəfindən axtarışa verilmişdi.
Yuriyə qarşı “hərbi nəzarət” qətimkan tədbiri seçilib. Saxlanılması barədə Ermənistan prokurorluğu və axtarışın təşəbbüskarları olan Rusiya təhlükəsizlik qüvvələri məlumatlandırılıb.