19 İyun 2023 11:06
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Almaniyada erməni icmasının nümayəndələri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, prezident görüş zamanı Azərbaycan və Ermənistan arasındakı son durum və bölgədəki yeni reallıqdan da danışıb.

Xaçaturyan vurğulayıb ki, Ermənistan regionda sülhün bərqərar olması və qonşuları ilə münasibətlərin tənzimlənməsi istiqamətində siyasi xətt qəbul edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər