11 Sentyabr 2023 15:31
2 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyaya qarşı demarş Ermənistan üçün çox ağır nəticələr verə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“Belə bir aktora qarşı belə demarş ağır nəticələrə səbəb ola bilər”, - deputat bildirib.

Abramyan Türkiyənin 44 günlük müharibədən sonra Cənubi Qafqazda gücləndiyini bildirib. Onun sözlərinə görə, savaşdan sonra Türkiyə nəinki Qarabağ və Ermənistanla bağlı danışıqlar prosesinə daxil olub, həm də Cənubi Qafqazda əsas oyunçu olan Rusiya üzərində müəyyən üstünlük əldə edə bilib.

Abramyanın iddiasına görə, Türkiyə indi Ermənistan-Azərbaycan danışıqlarına vasitəçi kimi daxil olur. O, Ermənistan rəhbərliyinin də buna razı olduğunu iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər