12 Sentyabr 2023 19:47
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyanın oğlu Sergey Smbatyan 100 milyon dram (təxminən 240 min dollar) girov müqabilində azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə onun barəsində həbs qətimkan tədbirini dəyişib.

Məlumatı Ədliyyə Nazirliyinin mətbuat katibi Mariam Melkumyan “Sputnik”ə təsdiqləyib.

Qeyd edək ki, sentyabrın 14-də Sergey Smbatyanın rəhbərliyi ilə Dövlət Simfonik Orkestri Yerevanda Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edəcək.

Sergey Smbatyan atası Armen Smbatyanla birlikdə fırıldaqçılıqda və dövlətə 2,5 milyon dollardan artıq zərər vurmaqda ittiham olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər