28 Oktyabr 2023 21:05
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın KTMT-dən çıxıb NATO-ya üzv olması, Cənubi Qafqazda təhlükəli gəlişmələrə yol açacaq”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq İvan Mezyuxo deyib.

Ekspert əmindir ki, KTMT-dən çıxmaq Ermənistan üçün ciddi səhv olacaq:

“Bu həyata keçirilsə, Cənubi Qafqazda vəziyyət qeyri-sabit və təhlükəli olacaq”.

Mezyuxo qeyd edib ki, Ermənistanda daxili siyasi durum dəyişdikdən sonra Rusiya ilə münasibətləri yaxşılaşdırmaq mümkün olacaq:

“Erməni xalqı hakimiyyəti dəyişib Paşinyanı devirmək qərarına gəlsə, İrəvanla Moskva arasında dövlətlərarası münasibətlər yaxşılaşacaq”.

Onun sözlərinə görə, ermənilər özlərini Avropa Birliyində gördüklərini və NATO-ya daxil olmaq istəklərini ifadə edirlər, bütün bunlar Rusiya üçün çağırışdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər