10 Noyabr 2023 09:27
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Paşinyanın Mətbuat xidməti yayıb.

Məlumata görə, tərəflər görüş zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə dair məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Paşinyan noyabrın 9-u Fransaya səfərə gedib. O bu gün Parisdə keçiriləcək 6-cı Sülh Konfransında iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər