İstəməzdim ki, Ermənistan xalqı yenidən “Qərbin dostları” adlandırılan şəxslər tərəfindən aldadılsın.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiya rəsmisi Fransanın Ermənistana satdığı hərbi texnikaları “saxta” adlandırıb:
“Qərbin necə aldatmağı bacardığına dair çoxlu nümunələr göstərmişik, heç vaxt istəməzdim ki, Ermənistan xalqı bir daha həmin qondarma dostlar tərəfindən aldadılsın. Məsələ ondadır ki, bu barədə artıq danışmışıq. Fransaya və həmin “Bastion” zirehli texnikasına gəlincə, aradan qaldırılmalıdır. Bu, hətta “xüsusi hərbi əməliyyat” (Ukrayna) kontekstində yaranan situasiyada da aydın görünür. Bunu noyabrın 22-də keçirdiyim brifinqdə ətraflı izah etmişəm, Ermənistan hakimiyyəti ilə işləyən bir çox media qurumu bu məlumatı təhrif etməyibsə, xalqa doğru məlumat verilibsə, erməni xalqına növbəti dəfə saxtakarlıq təqdim edildiyi anlaşılıb. Niyə saxta? Çünki müxtəlif ölkələrin istehsal etdiyi həmin saxta hərbi texnika kolleksiyası heç vaxt müdafiə qabiliyyətinin güclənməsinə töhfə verməyib. Bu məlumdur”.