Bu gün Rusiyanın paytaxtı Moskvada KTMT Parlament Assambleyasının sessiyası və XVI plenar iclası öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, Ermənistan bu tədbirlərdə iştirakdan imtina edib.
Gündəliyə KTMT-yə üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması və təşkilatın məsuliyyət zonasında təhlükəsizlik çağırışları və təhdidlərin həlli üçün qanunların hazırlanması məsələləri daxildir.
Ermənistan parlamentinin sədri Alen Simonyan bundan əvvəl KTMT PA-nın iclaslarında iştirak etməyəcəyini açıqlamışdı. Onun sözlərinə görə, bu barədə rusiyalı həmkarı Vyaçeslav Volodini məlumatlandırıb.
Ermənistan parlamentinin nümayəndə heyəti də tədbirlərdə iştirak etməyəcək.