Ermənistan Baş naziri Nikol Paşinyanın şəxsi təhlükəsizliyini ABŞ təmin edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın 1or.am saytı məlumat yayıb.
Portalın iddiasına görə, İrəvanın xarici siyasi vektoru dəyişmək və nəyin bahasına olur-olsun Rusiyadan aralanmaq siyasəti Qərbin diktəsidir:
“Qərb bu siyasətin (Ermənistan üçün) təhlükəsini mükəmməl anlayır və Paşinyanı bütün gücüylə müdafiə, hətta onun fiziki təhlükəsizliyini təmin edir.
Məlumata görə, son bir neçə aydır Nikol Paşinyanın təhlükəsizliyini şəxsən Qərb xüsusi xidmət orqanları təmin edir. Ön planda onun dövlət mühafizə xidmətindən olan mühafizəçiləri varsa, həm hökumət binası, həm də bağ evlərində Paşinyanın təhlükəsizliyini, əsas mühafizə funksiyalarını hər cür vasitələrlə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları həyata keçirirlər.
Qərbin nəyin bahasına olur-olsun öz maraqlarını irəli sürmək ciddi niyyəti var və Paşinyan burada əsas fiqurdur, onun təhlükəsizliyi təmin olunmalıdır”.