Ermənistan tərəfi Böyük Britaniya ilə qeyri-qanuni miqrantların Ermənistana göndərilməsi ilə bağlı danışıqlar aparmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
“Ermənistan və Böyük Britaniyanın geniş siyasi dialoq gündəliyi var, amma mediada qaldırılan konkret məsələ ilə bağlı heç bir substantiv və texniki danışıqlar aparılmayıb”, - Badalyan bildirib.
“Times” qəzeti bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyindən sızdırılan məlumata istinadla yazmışdı ki, London Britaniya və Ruanda arasında sazişə oxşar sənədin bağlanması üçün Ermənistan, Fildişi Sahili, Kosta-Rika və Botsvana ilə danışıqlar aparıb.