18 Aprel 11:26
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Armavir vilayətinin Marqara kəndində evlərdən 50 metr aralıda Türkiyə və türk ordusu var, məqsədimiz bu durumu dəyişməkdir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd yaşayış məntəqələrinin sakinləri ilə görüşündə deyib.

“İstəyimiz və gözləntimiz bu vəziyyətdə bir-birimizin yanında olmaq, hər şeyi anlayaraq addım-addım irəliləməkdir. Deyə bilmərəm ki, bədbinliyiniz əsassızdır, bugünkü vəziyyət nikbinliyə heç bir əsas vermir. Optimizm yaratmaq üçün irəli getməliyik”, - baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, əsas məsələ iki xalq arasında etimad formalaşdırmaqdır:

“Artıq qarşılıqlı öhdəliyə çevriləcək bir sənəd yaratmaq istəyirik. Bunu etməsək, 100 faiz deyə bilərəm ki, təhlükəsizliyi təmin edə bilməyəcəyik. Proses irəlilədikcə nikbinliyim artır. Bu yolla getməsək, heç bir yerə çatmayacağıq və bu yolla bizim çox böyük şansımız var və özümüzə nə qədər arxayın olsaq, ora çatma ehtimalımız bir o qədər çox olar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər