Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Nerkin Hand kəndindən çıxıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Sünik vilayətinin (Zəngəzur) qubernatoru Robert Qukasyan məlumat verib.
Onun sözlərinə görə, hazırda kənddə Rusiya sərhədçiləri yoxdur.
Rusların digər əraziləri də tərk edib-etməməsi ilə bağlı suala Qukasyan cavab verib ki, proses davam edir: “Əgər haradasa dayanıblarsa, bəlkə də 80 faizi gedəcək, dəqiq deyə bilmərəm, amma Nerkin Handdan çıxıblar”.
Bundan əvvəl Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının Hayk Koncoryan Rusiya qoşunlarının Geqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Zor vilayətlərindən çıxarılacağını açıqlamışdı. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.