10 İyun 21:56
9 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş Baqrat Qalstanyan və dəstəsi bu aksiyaların sonunda məyus olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Davit Danielyan deyib.

Deputat xatırladıb ki, Baqrat mayın 9-dan bəri üç dəfə Baş nazir Nikol Paşinyana istefa üçün vaxt verib:

“Əvvəlcə 5 dəqiqə, sonra 1 saat, ində yenə 96 saat... Ümid və sinizm əlamətləri göstərən bu cədvəl yeni məyusluqlar gətirəcək.

Əlbəttə, sizə inanan və güvənən insanlara “Kirants-Artsax”, dörd günə hakimiyyət dəyişikliyi sözünü verə bilərsiniz, çünki dilin sümüyü yoxdur. Amma söz sümükləri, ümidləri və gözləntiləri qıra bilər.

Müxalifət istənilən siyasi sistemin effektivliyi kontekstində çox önəmlidir, o, hakimiyyəti tarazlaşdırır və cilovlayır, qərarların qəbulu keyfiyyətinin yüksəldilməsinə töhfə verir. Ancaq insani keyfiyyətlərini itirmiş o fiqurlar (Serj Sərkisyan və Robert Köçəryan) bu problemi həll edə bilməz, çünki onlar bu ölkədə xəyal satmaqla məşğuldurlar.

Əgər bu hərəkat müxalifət dəyişikliyinə nail ola bilmirsə, hakimiyyət dəyişikliyinə necə nail olacaq? Ciddi olmaq vaxtıdır”.

Qeyd edək ki, Qalstanyan dünən Paşinyana istefa üçün 96 saat vaxt verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər