31 Oktyabr 2016 11:27
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2017-ci ilin tədris ilində Azərbaycan Milli Elmlər Akademiyasına 100-dən artıq magistr qəbul olunacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə II Elm Festivalında çıxışı zamanı deyib.

Akif Əlizadə magistrlara yaradılan imkanlara da toxunub: “Ötən il onların sayı 75 olmuşdu. Akademiyada magistratura pilləsinə daxil olanlara birbaşa laboratoriyalarda işləmək imkanı yaradılıb. Bu, akademiyada gənc elmi kadrların hazırlanması və düzgün istiqamətləndirilməsinin təşkilinin bir hissəsidir. Hesab edirəm ki, Təhsil Nazirliyi ilə bizim şərikli işlərimiz gənclərin yetişdirilməsinə xüsusi əhəmiyyət daşıyır”.


Müəllif:

Oxşar xəbərlər