3 Noyabr 2016 13:38
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin imzaladığı sərəncamla məşhur Hollivud aktyoru Stiven Siqal Rusiya Federasiyası vətəndaşlığına qəbul edilib.

Teleqraf.com-un məlumatına görə, V.Putinin bu gün Kremlin saytında yerləşdirilmiş sərəncamında deyilir. “10 aprel 1952-ci ildə ABŞ-da anadan olmuş Stiven Frederik Siqal Rusiya Federasiyası vətəndaşlığına qəbul edilsin”.

Qeyd edək ki, bu ilin sentyabrında Cənubi Saxalini ziyarət edən zaman Hollivud ulduzu və Amerika döyüş filmlərinin qəhrəmanı S.Siqal tezliklə Rusiya vətəndaşlığı alacağını istisna etmədiyini bildirmişdi. Aktyor bu istəyini belə əsaslandırmışdı: “Çox istərdim ki, ilin bir neçə ayını dostlarımla Rusiyada keçirim. O insanlarla ki, onları burda sevir və gözləyirlər”.

Bu ilin əvvəlində S.Siqalın Serbiya vətəndaşlığı aldığına dair xəbərlər yayılmışdı. O, Belqradda olarkən burda döyüş sənəti məktəbi açmaq planı olduğunu bildirmişdi.

Səxavət


Müəllif: