26 Noyabr 2016 14:23
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Teleqraf.com-un məlumatına görə, başsağlığında deyilir:

"Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


Müəllif:

Oxşar xəbərlər