“Səhiyyə Nazirliyi 17 yaşlı Gülarə Sərvan qızı Həsənlinin ölümü ilə bağlı araşdırmanı tamamlayıb”.
Bunu Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
A.Qədirli bildirdi ki, G.Həsənlinin qarpızdan zəhərlənərək ölməsi versiyası öz təsdiqini tapmayıb: “Təcili tibbi yardım briqadası dindirildi, Respublika Talassemiya Mərkəzində araşdırma aparıldı. Bəlli oldu ki, yeniyetmə kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib. Talassemiya Mərkəzində reanimasiya şöbəsi olmadığından Gülarə Həsənlini qanköçürmə xəstəxanasına aparıblar. Lakin həkimlərin səyi nəticə verməyib və yeniyetmə orada dünyasını dəyişib”.
A.Qədirli mərhumun hadisədən bir gün əvvəl qarpız yediyini, zəhərlənmənin baş vermədiyini də əlavə etdi.
/virtualaz.orq/