7 Mart 2017 13:51
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İmtahan qiymətləri müəyyənləşdirilərkən ilk növbədə indiyə qədər büdcədən imtahanlara ayrılan pul və Dövlət İmtahan Mərkəzinin hər bir namizədə xərclədiyi məbləğ hesablanıb".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, imtahan qiymətlərində texnoloji, texniki dəyişikliklər, imtahanların keyfiyyətinin yüksəldilməsi üçün görüləcək tədbirlər də öz əksini tapıb: "Bu ilki məzunlar, yəni kim ilk dəfə imtahan üçün müraciət edəcəksə, həmçinin indiyə qədər imtahanda iştirak etməyən əvvəlki illərin məzunları imtahana dövlət hesabına qatılacaq.

Tariflər müəyyənləşməli idi, çünki biz dövlət tərəfindən yaradılmış publik hüquqi şəxsik, amma dövlət tərəfindən maliyyələşmirik".

Sədrin sözlərinə görə, bu il qaydalara əsasən abituriyentlər ikinci dəfə imtahan verə bilər: "Amma heç kim onları məcbur etmir ki, ikinci dəfə imtahana girsin. İmtahana hazırlıqlı gəlmək lazımdır. Hazırlıqlı gələn şəxs üçün ikinci cəhd lazım deyil".

Məleykə Abbaszadə qeyd edib ki, keçən il ali məktəblərə 88 min adam sənəd vermişdi: "Bu il də təxminən o qədər abituriyentin imtahan verməsi gözlənilir. Onların təxminən 70 mini ilk dəfə imtahan verənlərdir, yəni, əsas iştirakçılar dövlət hesabına pulsuz imtahan verəcək".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər