5 İyul 2017 13:29
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:21

Ötən gün Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatı nəticəsində həlak olan nənə və nəvə bu gün dəfn olunacaq.

Bu barədə Teleqraf.com-a Füzuli Rayon İcra Hakimyətindən məlumat verilib.

Xəbər verildiyi kimi, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artireliya qurğularından atəşə tutub.

Ermənistan Silahlı qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb, mülki obyektlərə zərər yetirilib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev dərhal Alxanlı kəndində, hadisə yerində olub. Alı Alıyev kənd sakinləri ilə görüşüb, düşmən təxribatı nəticəsində həlak olan kənd sakinlərinin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyib.

Alı Alıyev düşmənin mülki şəxsləri hədəf alan hərəkətlərini vadalizm və vəhşilik adlandırıb. Bildirib ki, düşmənin qadın və uşaqları hədəf alan hərəkətləri onların acizliyini və vəhşiliyini növbəti dəfə sübut edir.

Kənd sakinləri düşmənin mülki əhalini hədəf alan hərəkətlərini qətiyyətlə pisləyib, cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını Ali Baş Komandan, Prezident İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.

Alxanlı kəndində, həmçinin rayonun bütün yaşayış məntəqələrində hazırda həyat normal axarı ilə davam edir, əhali əkin-biçin və gündəlik qayğıları ilə məşğul olur. Bu rahatlıq və inam isə Azərbaycan dövlətinə və onun ordusuna inamdan qaynaqlanır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri əsasında düşmən təxribatı nəticəsində həlak olan şəxlərin dəfn xərclərini və yaralananın müalicə xərclərinin rayon İcra hakimiyyəti tərəfindən ödəniləcəyini bildirib.

***

Saat 11:49

Ötən gün erməni təxribatı nəticəsində həlak olan Füzulinin Alxanlı kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının dəfn mərasimi keçirilir.

AzVision.az S.Quliyevanın evində qurulan yas mərasimindən fotoları təqdim edir:

***

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində həlak olan kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı dəfn olunub.

Mərasimdə mərhumların ailə üzvləri ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri də iştirak edib.

İcra Hakimiyyəti təhlükəsizliyi təmin etmək üçün mərhumların yas mərasimini Alxanlı kəndində deyil, digər qəsəbədə keçirilməsini qərara alıb.

Nənə və nəvə Alxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. (report.az)


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər