21 İyul 2014 13:16
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada kafedə azərbaycanlı jurnalisti qətlə yetirməkdə ittiham edilən şəxsi müəyyən etmək mümkün olub.

Rusiya mətbuatına istinadla verilən məlumata görə, bu ərazidə olan müşahidə kameralarının köməkliyi ilə mümkün olub.

Şahidlərin sözlərinə görə, atəş açan şəxs uşaq meydançası ilə qaçıb. O, qaçanda da atəş açmağa davam edib. Qaçan şəxsi 3 nəfər qovub.

Hadisə zamanı yaralanan və ölən azərbaycanlıların da soyadları açıqlanıb. Məlumata görə, ölən şəxs 43 yaşlı Lənkəran rayon sakini F.Hüseynov olub. Yaralanan isə onun həmkarı 57 yaşlı M.Bəşirov idi.

Hər iki jurnalist Moskvaya Azərbaycan festivalına ezam olunmuşdular.

Şübhəli şəxs açıq mavi rəngli köynəkdə və açıq rəngli şalvarda olub. Onun boyu 165 -170 sm-dir.

Qeyd edək ki, silahlı insident Moskva şəhərinin şimal-şərqində olan yay kafesində gəlib. Üç nəfər məlum olmayan səbəblərə görə mübahisə ediblər, sonda onlardan biri silah çıxararaq digər ikisini güllələməyə başlayıb.

/ans press/


Müəllif:

Oxşar xəbərlər