Macar əsilli amerikalı milyarder Corc Sorosun terrorçu elan edilməsi üçün ABŞ Prezidenti Donald Trampa ünvanlanan petisiyanı 100 min insan imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilmiş petisiyanın müəllifləri bildiriblər.
Daha öncə petisiyanı 82 min 84 nəfər imzalamışdı. Hazırda bu rəqəm 100 min 262 nəfərdir.
Petisiyanın mətnində bildirilir ki, Corc Soros bilərəkdən və davamlı şəkildə qeyri-sabitlik yaratmağa, həmçinin, ABŞ və onun vətəndaşlarına qarşı digər zorakılık aktları həyata keçirməyə cəhdlər göstərir: “Bununla əlaqədar olaraq ABŞ federal hakimiyyəti və Ədliyyə Nazirliyi dərhal Corc Sorusu, onun bütün təşkilatlarını və üzvlərini terrorçu elan etməli, onların bütün şəxsi əmlakı müsadirə olunmalıdır”.