Rusiyanın Kubadakı səfirliyinə "İrma" qasırğasının yaxınlaşması ilə əlaqədar bir sıra xəbərdarlıqlar daxil olub.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında bildirilib.
Rusiya Kubadakı vətəndaşlarına qasırğa ilə bağlı xəbərdarlıq edib: "Kubada yaşayan bütün vətəndalarımızdan xahiş edirik ki, öz təklükəsizliklərinin qayğısına qalsın və yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi şəkildə əməl etsinlər".
Qeyd edək ki, iki gün öncə "İrma" qasırğası Karib dənizindəki adalara çatıb. "İrma" Atlantikada son 20 ildə baş verən ən güclü qasırğadır. Artıq fəlakət 20 nəfərin ölümünə səbəb olub.