Əgər KXDR ABŞ-ı hədələyəcəksə, bizim onu məhv etməkdən başqa yolumuz qalmayacaq.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu bəyanatı ABŞ Prezidenti Donald Tramp BMT-nin tribunasından səsləndirib.
"ABŞ-ın səbri böyükdür. ABŞ güclüdür. Ancaq bizi özümüzü və ya müttəfiqlərimizi müdafiəyə məcbur edəcəklərsə, o zaman Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq. Raket-adam (Kim Çen nəzərdə tutulur-red.) özü və rejimi üçün intihar hazırlayır. ABŞ KXDR-i məhv etməyə qadir və bunu hazırdır. Lakin ümid edirik ki, buna gərək olmayacaq", — Tramp deyib.
O, KXDR-in fəaliyyətini izləməyə çağırış edib: "Artiq KXDR-in bunu anlAmasının zamanıdır: nüvə silahından imtina etmək onların yeganə nicat yoludur!"
Tramp BMT-nin Cənubi Koreya ilə bağlı qəbul etdiyi qətnaməni dəstəklədiklərinə görə Rusiya və Çinə təşəkkür edib: "Ancaq biz daha artığını etməliyik. Kim Çen rejimi düşmən kimi davranmaqdan əl çəkməyincə, tam təcrid olunmalıdır".