29 Sentyabr 2017 13:52
1 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük alim Lütfi Zadənin oğlu Norman Zadə müəyyən işləri çıxdığına görə atasının vida mərasimində iştirak edə bilməyib.

Bu məlumatı Teleqraf.com-a Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.

Onun sözlərinə görə, Norman Zadə mərhumun 40 mərasiminə kimi Bakıya gələcək.

Xalq artisi, Lütfi Zadənin qohumu Cənnət Səlimova Lütfi Zadənin böyük alim olduğunu qeyd edib və ona sevgisini belə ifadə edib:

"Çox gözəl qardaş idi. O mənim ürəyimdə həmişə yaşayacaq. Bizim analarımız doğma bacı olublar".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər