Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Qərargah rəisi Hulusi Akarla birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatının 6-cı günündə Hataydakı Əməliyyat Mərkəzində olub.
Teleqraf.com xəbər verir ki, Ərdoğana әməliyyat barədə ətraflı məlumat verilib.
Prezidenti səfərdə ölkə rəsmiləri və yüksək ranqlı hərbçilər müşayiət edib.
Ərdoğan qeyd edib ki, əməliyyat bölgəni terrorçulardan təmizləmək məqsədilə həyata keçirilir: "Afrin terrorçulardan təmizləndikdən sonra əsl sakinlərinə təslim ediləcək".
Sәfәr sәbәbindәn Әrdoğanın Baş nazir Binәli Yıldırımla nәzәrdә tutulan görüşü dә tәxirә düşüb.