9 Fevral 2018 21:42
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri zamanı Rəsmi Ankaradan Suriyanın Afrin bölgəsində həyata keçiridiyi "Zeytun budağı" əməliyyatını məhdudlaşdırmasını tələb edəcək".

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evdəki mənbə "Nyu-York Tayms"a açıqlamasında bildirib.

Qeyd edək ki, Tillerson 1-16 fevral tarixlərində Yaxın Şərqə turnesi çərçivəsində İordaniya, Türkiyə, Livan, Misir və Küveytə səfər edəcək.

Tillersonun region liderləriylə danışıqlarında Suriyada yeddi ildir gedən vətəndaş müharibəsinin əsas müzakirə mövzusu olacağı bildirilir.


Müəllif: Ayxan

Oxşar xəbərlər