Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə Ankarada görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı liderlər ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Ruhani və Putin sabah Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya ilə bağlı üçtərəfli görüşü keçiriləcək.