8 Aprel 2018 21:47
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin Şərqi Qutaya endirdiyi hava zərbələri nəticəsində 80-dən çox insanın həlak olması Fransanın BMT Təhlükəsizlik Şurasının təcili toplanması üçün müraciətlə çıxış etməsinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Fransanın Xarici İşlər Nazirliyinin rəhbəri Jan-İva Le Drian açıqlamasında qeyd edib ki, kimyəvi silahın tətbiqi hərbi cinayət və beynəlxalq təhlükəsizlik rejiminin pozulmasıdır. Fransanın XİN rəhbəri tezliklə BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını və Şərqi Qutadakı vəziyyətin müzakirə edilməsini tələb edib.

Şərqi Qutada kimyəvi silahdan istifadə ABŞ, Avropa İttifaqı, Türkiyə və digər dövlətlərin sərt bəyanatla çıxış etməsinə səbəb olub. Rusiya Bəşər Əsədin Şərqi Qutada kimyəvi silahdan istifadə etmədiyini bəyan edib.


Müəllif: İlhamə

Oxşar xəbərlər