Ölkədəki bağçaların birində tərbiyəçinin uşağı döyməsi barədə görüntülər yayılıb. İki gündür hadisə baş verib, lakin rəsmi reaksiya yoxdur. Bəlkə heç belə bir hadisə baş verməyib, təxribatdır. Bu hadisə İsraildə baş versəydi, çoxdan ictimaiyyət ayağa qalxmışdı.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bu hadisə göstərir ki, bağçalara işə qəbul edilən şəxslərin psixoloji hazırlığı əsas götürülməlidir:
“Əgər belə bir hadisə baş veribsə, bu vəhşilikdir. Bağçadakı tərbiyəçinin harada, necə hazırlanması çox vacibdir. Normal ailəsi olmayan birinin bağça, məktəb rəhbərliyinə gətirilməsi yolverilməzdir. Yaponiyada uşaq bağçalarındakı tərbiyəçilərin hamısı kişidir. Dəqiq bilmirəm, səbəb nədir. Bəlkə biz də sosioloji araşdırmaları nəzərə alıb, tədbirlər görək”.
Spiker Oqtay Əsədov isə bağça müəllimliyi üzrə kadr hazırlığının həm orta ixtisas təhsili, həm də ali məktəblərdə aparıldığını deyib:
“Siz təklif edən digər məsələlər barədə iş görülə bilər”.