Daxili işlər naziri general-polkovnik Ramil Usubov Xalq artisti Mənsum İbrahimovu təltif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Mənsum İbrahimov sosial şəbəkədə məlumat paylaşıb.
Xalq artisti daxili işlər orqanları əməkdaşları arasında mədəniyyət və incəsənətin təbliğində xüsusi xidmətlərinə, Daxili İşlər Nazirliyinin təşkil etdiyi mədəni, bədii proqramlarda fəal iştirakına və Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə ilə təltif olunub.