7 Dekabr 2018 09:23
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “ictnews”-a istinadən xəbər verir ki, Yuta Universitetində çalışan dosent Radjeş Menomun komandası adi şüşədən keçən işığın passiv ələ keçirilməsi texnologiyasını işləyib hazırlayıb.

Məsələn, demək olar ki, istənilən pəncərənin arxasında maraqlı hadisələr baş verir, amma bunu qeydə almaq üçün pəncərənin qarşısında videokamera quraşdırmaq lazımdır. Yeni texnologiya bu məhdudiyyəti qismən aradan qaldırmağa imkan verir.

Bunun üçün şüşədə səpələnmiş vəziyyətdə olan işığı ilkin təsvirə çevirəcək xüsusi alqoritm lazımdır, ancaq Menomun komandası məhz bu alqoritm üzərində işi başa çatdırıb.

Yekunda əldə edilən təsvir başadüşüləndir. Yəni istənilən pəncərəni videokameraya çevirmək üçün sadə aksessuar dəstini kompüter və ya başqa hesablama qurğusuna qoşmaq kifayətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər