26 Yanvar 2020 17:57
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycana səfər etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə V.Vasilyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Mahaçqala-Dərbənd-Bakı sürətli qatarının xəttə buraxılması planlaşdırılır: "Bu istiqamət vətəndaşlar arasında çox məşhur olacaq, çünki bu istiqamətin fəaliyyətə başlama vaxtı ilə bağlı artıq çox suallar gəlir".

V.Vasilyev qeyd edib ki, Dağıstan və Azərbaycan arasında çox yaxın və etibarlı münasibətlər var.

Qeyd edək ki, bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı da planlaşdırılır.


Müəllif: Teleqraf.com