23 Fevral 2020 08:05
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür.

Teleqraf.com xəbər verir ki, bu sözləri Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatinkanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan xalqı rifah içərisində yaşayır. Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlərə toxunan Papa Fransisk bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd etdi, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Vurğuladı ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq.

Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər