15 İyul 2020 15:32
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib.

Bu barədə məlumat “Twitter”də yayılıb.

Nəzarət uçuşlarına adi PUA-larla yanaşı, silahlı PUA-lar da qatılıb.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirir. /Report/


Müəllif: Teleqraf.com