18 İyul 2020 10:00
1 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə, ABŞ və Kanada Rusiyanı vaksin oğurluğunda günahlandırıb.

Teleqraf.com xəbər verir ki, üç ölkə “Cozy Bear” kimi tanınan Rusiya kəşfiyyat idarəsinə tabe “APT29” haker qrupunun peyvənd üzərində işləyən elm adamlarından məlumatları kiberhücumla ələ keçirdiyini iddia edib.

İngiltərə Xarici İşlər naziri Dominik Raab bildirib ki, Rusiya Kəşfiyyat Xidmətinin koronavirus pandemiyası ilə mübarizə aparan alimləri hədəfə alması qəbuledilməzdir.

Kəşfiyyat rəsmiləri davamlı kiberhücumları elmi araşdırmalara maneədən çox intellektual mülkiyyət oğurluğuna cəhd kimi qiymətləndiriblər.

“Dukes” adı ilə məşhur olan " Cozy Bear" qrupu ABŞ-da 2016-cı il prezident seçkiləri öncəsi Demokrat Partiya Milli Komitəsinin kompüter şəbəkəsinə girərək e-mail yazışmalarını oğurlayan Rusiya hökuməti ilə əlaqəli iki kiber pirat qrupdan biri kimi tanınır. Digər pirat qrup isə “Fancy Bear” kimi tanınır.

Kremlin sözçüsü Dimitri Peskov bu iddiaların əsassız olduğunu və İngiltərənin iddialarının ciddi sübutlara əsaslanmadığını bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər