Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib.
Teleqraf.com AMEA Respublika Seysmoloji Xidmət mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, saat 06:55-də Nardarandan 117 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin mqnitudası 3,1 bal, dərinliyi 48 km olub. Zəlzələ hiss olunmayıb.