Son statistikaya baxdıqda görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu olaraq cəmləşdiyi yas mərasimlərində baş verir.
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, əgər insanlar kütlənin çox olduğu məkanlara daxil olmağa məcburdurlarsa, bu halda maska taxmağa və əllərini tez-tez yumağa çalışmalıdırlar.
Maskalardan düzgün istifadənin olduqca əhəmiyyətli olduğunu deyən H.Harmancı əlavə edib ki, əgər maska burunun üzərinə taxılmırsa və ya burunun üzərində və çənənin alt tərəfində üzə sıx örtülmürsə, onda maskanın qoruyucu təsiri yarıbayarı, hətta daha çox azalır.//Trend