18 Dekabr 2020 15:10
2 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Vladimir Putin KİV-ə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıqlayıb. Bu, ilk belə açıqlama deyil. Fikrimcə, bu, çox vacib açıqlamadır. Bu, həm də Ermənistandakı 10 noyabr bəyanatını dəyişmək istəyən revanşist qüvvələr üçün də vacib açıqlamadır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

“Müsahibədə Vladimir Putinə “Ermənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq?” sualı veriləndə o, bunun intihar olacağını deyib. Bu, doğrudan da, belədir”, - Prezident qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər